İranda son sutkada koronavirusdan 51 nəfər vəfat edib

...İndiyədək xəstəlikdən 102 276 nəfər sağalıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 13:54

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 51 nəfər vəfat edib. 

 

İnterAz-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2311 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 131 652 nəfərə çatıb. 

 

 

İndiyədək xəstəlikdən 102 276 nəfər sağalıb. 

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2659 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.