Çin ölkədə koronavirus epidemiyasının hələ bitmədiyini açıqlayıb

Ölkə səlahiyyətliləri infeksiyaya qarşı mübarizədə "irimiqyaslı strateji nəticələr" əldə etdiklərini bəyan edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 14:11

Ölkə səlahiyyətliləri infeksiyaya qarşı mübarizədə "irimiqyaslı strateji nəticələr" əldə etdiklərini bəyan edib.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Qanunverici Məclisin Pekində keçirilən illik iclasında  Dövlət Şurasının Baş naziri Li Kesyan açıqlayıb. 

 

"Hazırda epidemiya hələ bitməyib və bu məsələ ilə bağlı qarşımızda duran çətinliklər çoxdur", baş nazir bildirib.

 

Kesyan virusun vurduğu zərərləri minimuma endirmək üçün səyləri artırmağa və bu il sosial-iqtisadi inkişaf üçün qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çağırıb.