Dmitri Peskovun xəstəxanada müalicəsi davam edir

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun xəstəxanada müalicəsi davam edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 16:40

 Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun xəstəxanada müalicəsi davam edir.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə D. Peskov özü açıqlama verib.

 

"Mən hələ xəstəxanadayam", deyə o bildirib.

 

Qeyd edək ki, D. Peskov koronavirusa (COVID-19) yoluxub. Eyni diaqnoz ilə xəstəxanaya yerləşdirilən həyat yoldaşı Tatyana Navka artıq müalicə edilərək xəstəxanadan çıxarılıb.