Rusiyada COVID-19-a yoluxanların sayı 335 mini ötüb

Rusiyada son sutka ərzində daha 9 434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 May 2020, 11:51

Rusiyada son sutka ərzində daha 9 434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 335 883 nəfərə çatıb.

 

Son sutka ərzində 139 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3 388 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 107 936 nəfərdir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.