Rusiyada koronavirusdan sağalmış xəstələrin sayı 113 299 nəfərə çatıb

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 May 2020, 13:27

Rusiyada son sutka ərzində daha 8 599 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 344 481 nəfərə çatıb.

 

Son sutka ərzində 153 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3 541  nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 113 299 nəfərdir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.