İranın Venesuelaya göndərdiyi benzin dolu 5 tankerdən biri artıq Venesuela sularına çatıb

...Venesuela sularına girdikdən sonra tankeri Venesuela hərbi gəmiləri sahilə qədər müşayiət edirlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 May 2020, 20:22

İranın 5 ədəd neft və neft məhsulları daşıyan tankeri Venesuela sahillərinə yaxınlaşır.

İnterAz İRNA-a istinadla xəbər verir ki, rəsmi Karakas mənbələri İranın neft tankerlərindən biri “Fortune” adlı gəminin Venesuela sularına daxil olduğunu bildirib.

Qeyd edək ki, ABŞ mənbələri sanksiyalara məruz qalan Venesuelaya neftin daşınması və bu daşınmanın İran gəmilərilə həyata keçirilməsi haqda xəbərdarlıq etmiş, Atlantik Okeani və Karaib dənizi istiqamətində hərbi gəmilər ezam etmişdi.

İranın Karakasdakı səfiri Höccət Sultani İranın, ABŞ-ın möhtəməl addımları ilə bağlı xəbərdarlığına toxunub və bildirib ki, ABŞ bu xəbərdarlıqlardan sonra beynəlxaq qəraralara riayət etməyə məcbur qalıb.