ABŞ-da COVİD-19-dan ölənlərin sayı 100 minə yaxınlaşır

ABŞ-da koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı son 24 saat ərzində 1010 nəfər artaraq 98,706 nəfərə çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 10:19

 ABŞ-da koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı son 24 saat ərzində 1010 nəfər artaraq 98,706 nəfərə çatıb.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, ABŞ COVID-19 pandemiyasının ən geniş yayıldığı ölkə olaraq qalır.

 

"Worldometer" saytının məlumatına görə, son 24 saat ərzində Amerikada yoluxanların sayı 21 281 nəfər artaraq 1668,493 nəfərə çatıb.

 

ABŞ-dan sonra koronavirusa yoluxma hallarının sayına görə Braziliya ikinci yeri tutur.

 

Onun ardınca Rusiya (344.481) və İspaniya (282.370) gəlir.