Ermənistanda son sutka ərzində 452 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka əzrində koronavirusdan 6 nəfər ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 11:50

Ermənistanda son sutka ərzində 452 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

 

İnterAz worldometer.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanaların sayı 7 113-ə çatıb. 

 

Ermənistanda son sutka əzrində koronavirusdan 6 nəfər ölüb. Covid-19-dan ölən ümumi xəstələrin sayı 87-dir. Sağalan xəstələrin sayı 3 145 nəfərdir.