Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdəki səhifələrini həmişə özünün idarə etmədiyini etiraf edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 12:50

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdəki səhifələrini həmişə özünün idarə etmədiyini etiraf edib. Onun yazılarını yazan xüsusi müəllif var. 

 

İnterAz "Lenta.ru"ya istinadla xəbər verir ki, o, bu barədə jurnalist Şeril Atkinsə müsahibəsində deyib.

 

“Gözəl bir bəy var. Den çox yaxşı oğlandır və bu işin öhdəsindən əla gəlir", Tramp müəllifin kimliyindən danışarkəb deyib.

 

O prezident administrasiyasının sosial şəbəkələr üzrə direktoru Den Skavinonu nəzərdə tutaraq bunu açıqlayıb.

 

Ağ Ev rəhbərinin sözlərinə görə, o, müstəqil şəkildə yalnız səhər və ya gecə yazılarını dərc edir. Günortadan sonra isə o çox məşğul olduğundan yazıları mesaj şəkilində köməkçisinə diktə edir.