Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

Yaponiyada koronavirus pandemiyası səbəbiylə tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 15:26

Yaponiyada koronavirus pandemiyası səbəbiylə tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv edilib.

 

İnterAz xəbər verir ki, bunu Baş nazir Şinzo Abe açıqlayıb.

 

Rejim son ana qədər Tokioda və qonşu Kanaqava, Saytama və Tiba prefekturalarında, eləcə də şimaldakı - Hokkaydo bölgəsində tətbiq edilirdi.

 

Digər 42 prefekturada rejim mərhələli şəkildə aradan qaldırılmışdı.

 

"Fransa Presse" xəbər verir ki, fövqəladə vəziyyət rejiminin ləğvi qərarı yeni yoluxma hallarının sayının kəskin azalması ilə əlaqədardır.

 

Abe bildirib ki, bölgə səfərlərinə qoyulan məhdudiyyətlər iyunun 19-da ləğv ediləcək.