Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

Etirazçılar "Honq Konqu xilas et!", "Honq Konqun yanında olun" kimi şüarlar səsləndirirlər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 15:51

Honq Konqda, Pekin administrasiyasının ÇXR-in xüsusi inzibati bölgədə milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilir. 

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, yüzlərlə nümayişçi Kozvey-Bey alış-veriş rayonunda toplaşıb. Onlar qara geyimdədir.

 

Etirazçılar "Honq Konqu xilas et!", "Honq Konqun yanında olun" kimi şüarlar səsləndirirlər.

 

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edərək yürüşün təşkilinə mane olub.

 

Təhlükəsizlik qüvvələri, tanınmış fəal Tam Takçı da olmaqla 120 nəfəri saxlayıb.