Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb

Rusiyanın Baş Naziri Mixail Mişustin ölkə vətəndaşlarından xaricdə istirahət planlaşdırmağa tələsməməyi xahiş edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 May 2020, 16:22

Rusiyanın Baş Naziri Mixail Mişustin ölkə vətəndaşlarından xaricdə istirahət planlaşdırmağa tələsməməyi xahiş edib.

 

İnterAz-ın İnterfaks-a istinadən xəbərinə görə, M.Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb: “Koronavirusa qarşı mübarizədə müəyyən uğurlar əldə olunub. Lakin biz xatırlayırıq ki, koronavirus infeksiyası ölkəyə xaricdən gətirlib. Ona görə də, hesab edirik ki, xaricə turist səfərlərindən çəkinmək daha məqsədəuyğundur”, - deyə Rusiyanın Baş Naziri bildirib.