ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır, ikinci dalğanın əvəzinə ikinci pik həddə çatmaq riski var...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 May 2020, 09:58

Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır, ikinci dalğanın əvəzinə ikinci pik həddə çatmaq riski var.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu ÜST-ün Səhiyyə sahəsində  fövqəladə vəziyyət üzrə proqramının direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.

 

"İndi biz ikinci dalğada deyilik, xəstəliyin ilk dalğasının ortasındayıq ... Hər bir ölkədə yoluxmuş insanların sayı nisbətən azalır. Xəstəliyin ikinci dalğası haqqında danışanda həmişə deyirik ki, indi ilk dalğadır, bir neçə aydan sonra xəstəliyin yeni dalğası başlayacaq", o deyib.

 

Onun sözlərinə görə, bu gün bəzi ölkələr üçün birinci dalğa keçmiş ola bilər, lakin qlobal miqyasda ilk dalğa hələ başa çatmayıb.

 

"Ancaq xəstəliyin hər an sıçraya biləcəyini unutmamalıyıq. Bu o demək deyil ki, xəstəlik azalır, azalmağa davam edəcək və bizim ikinci dalğaya hazırlaşmağımız üçün zamanımız olacaq.

 

Biz elə bu dalğada ikinci pik həddini yaşaya bilərik. 1919-cu ildə "ispanka" pandemiyasında belə olmuşdu.

 

Beləliklə, bizi ikinci dalğa deyil, ikinci pik həddi vura bilər", o deyib.