Dünyanın ən yaşlı sakini vəfat edib

Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 09:44

Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini vəfat edib.

 

İnterAz bildirir ki, bu barədə “Yorkshire Post” xəbər verib.

 

Britaniyanın Qempşir qraflığının Alton şəhərində “qocalar evi”ndə yaşayan Bob Ueytonun 112 yaşı var idi. Onun ölümünə səbəb onkoloji xəstəlik olub.

 

Uzunömürlü 1908-ci ilin martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.

 

Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişi sakini tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var.