Ermənistanda koronavirusdan ölənlərin sayı 120-yə çatıb

Ermənistanda son sutkada daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 11:29

Ermənistanda son sutkada daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb.

 

İnterAz “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 676-a yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 120 nəfərə çatıb.

 

Bildirilib ki, indiyədək 3 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 214 aktiv koronavirus xəstəsi var.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.