Rusiyada sutka ərzində koronavirusdan ölənlərin sayı 232 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 8 572 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 12:03

Rusiyada son sutka ərzində daha 8 572 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 387 623 nəfərə çatıb.

 

Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4 374 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 159 257 nəfərdir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan  sonra üçüncü yerdə gəlir.