Xorvatiya 10 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verir

Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 14:08

Xorvatiya koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən Aİ-nin 10 dövlətinin vətəndaşlarının ölkəsinə girişinə qoyulan məhdudiyyətləri ləğv edib.

 

İnterAz-ın məlumatına görə, baş nazir Andrey Plenkoviç hökumətin iclası zamanı bildirib.

 

"Avstriya, Macarıstan, Almaniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya vətəndaşlarının ölkəyə girişinə icazə verilir", - deyə Baş nazir vurğulayıb.

 

Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək.