BVF-nin Ukraynaya ayrılan 5 milyard dollarlıq kredit paketini təsdiqləyəcəyi gözlənilir

...Ukraynanın Baş naziri hökumətin qarşıdakı iki ay ərzində buğda ixracatçılarına sərbəst ixrac üçün icazə verəcək

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 May 2020, 16:02

İyunun 5-də Beynəlxalq Valyuta Fondunun (BVF) kollegiya iclasında Ukraynaya ayrılan 5 milyard dollarlıq kredit paketinin təsdiqlənməsi gözlənilir.

 

İnterAz-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

 

O bildirib ki, kredit paketi təsdiqləndiyi günün ertəsi, yəni iyunun 6-da 1.9 milyard dollarlıq ilk tranşın veriləcəyi gözlənilir.

 

Baş nazir Ukraynanın koronavirus pandemiyasının yaratdığı iqtisadi şoku aradan qaldırmaq üçün ölkənin kreditə ehtiyac duyduğunu qeyd edib. O bildirib ki, ilkin hesablamalara görə, bu ilin ikinci rübündə Ukraynada ümumi daxili məhsul 12% düşə bilər.

 

Ukraynanın Baş naziri hökumətin qarşıdakı iki ay ərzində buğda ixracatçılarına sərbəst ixrac üçün icazə verəcək.

 

Qeyd edək ki, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın öhtəsindən gəlmək üçün bir sıra dövlətlər kredit paketi üçün Beynəlxalq Valyuta Fonduna müraciət ediblər.