Tramp ABŞ-ın ÜST-lə əlaqələrini kəsdiyini elan edib

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün əlaqələrini dayandırır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 May 2020, 09:13

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün əlaqələrini dayandırır.

 

İnterAz xəbər verir ki, bu barədə Prezident Donald Tramp Tvitter səhifəsində yazıb.

 

“Tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyi üçün ÜST-lə əlaqələrimizi bu gündən kəsirik”, - deyə Tramp qeyd edib.

 

Onun sözlərinə görə, ölkəsi təşkilata hər il ayırdığı təxminən 450 milyon dollarlıq vəsaiti dünya səhiyyəsinin digər ehtiyaclarına xərcləyəcək.