Ermənistanda koronavirusa yoluxanların sayı 8 927-yə çatıb

...Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 May 2020, 11:13

Ermənistanda koronavirusa yoluxanların sayı 8 927 nəfərə çatıb.

 

İnterAz-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 251 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 127 nəfər koronavirusdan ölüb, 5 483 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.