Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötüb

Rusiyada son sutka ərzində daha 9 268 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 May 2020, 15:24

Rusiyada son sutka ərzində daha 9 268 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 405 842 nəfərə çatıb.

 

Son sutka ərzində 138 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4 693 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 171 883 nəfərdir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.