ABŞ-ın paytaxtında da komendant saatı tətbiq edilib

...Kolumbiya şəhər dairəsində mayın 31-i yerli vaxtla saat 23:00-dan iyunun 1-i saat 06:00-dək komendant saatı tətbiq ediləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyun 2020, 08:46

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə baş qaldıran etiraz aksiyaları səbəbindən paytaxt Vaşiqntonda da komendant saatı tətbiq edilib.

 

İnterAz bildirir ki, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində məlumat verib.  

 

Onun sözlərinə görə, Kolumbiya şəhər dairəsində mayın 31-i yerli vaxtla saat 23:00-dan iyunun 1-i saat 06:00-dək komendant saatı tətbiq ediləcək. Bouzer, həmçinin əlavə edib ki, ABŞ-ın Milli Qvardiyasının hərbçiləri yerli polislərə dəstək verəcəklər.

 

Xatırladaq ki, daha əvvəl Minneapolis və Sent-Pol şəhərlərində, eləcə də Arizona ştatında komendant saatı tətbiq edilib.