Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

Rusiyanın Vaşinqtondakı səfirliyi "RİA Novosti" müxbiri ilə bağlı insidentə görə Dövlət Departamentinə etiraz notası göndərib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyun 2020, 08:54

Rusiyanın Vaşinqtondakı səfirliyi "RİA Novosti" müxbiri ilə bağlı insidentə görə Dövlət Departamentinə etiraz notası göndərib.

 

İnterAz-ın məlumatına görə, bunu agentliyə diplomatik nümayəndəliyin rəhbəri Anatoli Antonov deyib.

 

Diplomatın sözlərinə görə, rusiyalı jurnalist və onun yanında olan ABŞ mətbuatının digər nümayəndələri yerli polis tərəfindən kobud rəftara məruz qalıb.

 

"Mətbuat işçiləri, hadisə yerində çəkilən video çarxlardan göründüyü kimi, yüksək səslə və aydın şəkildə özlərini təqdim ediblər, geyimlərində müvafiq nişanları olub, sənədlərini göstərib və polisə qarşı heç bir şəkildə müqavimət göstərməyiblər", səfir Facebook-un səhifəsində məlumat verib.

 

Qeyd edək ki, Minneapolisdə polisi etirazçıların dağıdarkən iğtişaşları işıqlandıran jurnalistlər "VICE" televiziya heyətinin üzvləri və "RİA Novosti" müxbiri Mixail Turgiyevə qarşı qəsdən gözyaşardıcı spreydən istifadə edib.