AP: ABŞ-da aksiyalarda 4 mindən çox etirazçı saxlanılıb

Saxlanılan etirazçılar soyğunçuluq yolu ilə talama, komendant saatı və ictimai asayişin pozulmasında ittiham olunurlar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyun 2020, 10:46

ABŞ-da keçirilən etiraz aksiyalarında 4,1 min nəfər saxlanılıb.

 

İnterAz-ın RT-yə istinadən xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

 

Saxlanılan etirazçılar soyğunçuluq yolu ilə talama, komendant saatı və ictimai asayişin pozulmasında ittiham olunurlar.

 

Bildirilib ki, artıq etiraz aksiyalarında on minlərlə insan iştirak edib.

 

Qeyd edək ki, afroamerikalı Corc Floyd polis zorakılığı nəticəsində öldürüldükdən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.