Əfqanıstanda bazara mərmi atılıb, azı 10 mülki şəxs həyatını itirib

Əfqanıstanın Helmənd əyalətində baraza atılan mərmi onlarla mülki şəxs ölüb və yaralanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 14:37

Əfqanıstanın Helmənd əyalətində baraza atılan mərmi onlarla mülki şəxs ölüb və yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, terror hücumu Helmənd əyalətinin Sangin rayonunda baş verib.

 

Hücumda azı 10 mülki şəxsin öldüyü və 15 nəfərin yaralandığı bildirilib.

 

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.

 

Qeyd edək ki, ötən gündə də əyalətin Vaşir rayonunda yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində 6 nəfər həyatını itirmişdi.