Almaniyada "Amazon" şirkətinin əməkdaşları tətil edir

...Almaniyada "Amazon" şirkətinin əməkdaşları tətil elan edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Iyun 2020, 14:47

Almaniyada "Amazon" şirkətinin əməkdaşları tətil elan edib.

 

İnterAz-ın məlumatına görə, tətil Almaniyanın Leyptsiq, Bad-Hersfeld, Raynberq, Vern və Koblents şəhərlərində keçirilir.

 

Əməkdaşlar koronavirus pandemiyası fonunda şirkətdən əmək təhlükəsizliyinin artırılmasını tələb edir.

 

Qeyd olunur ki, Bad-Hersfeld şəhərindəki "Amazon" müəssisəsində 40-a yaxın işçi virusa yoluxub.

 

Tətildə, ümumilikdə nə qədər işçinin iştirak etdiyi məlum olmasa da, Raynberqdəki logistika mərkəzində 450 nəfər işi dayandırıb. Leyptsiqdə də təxminən o qədər işçinin tətilə qoşulması gözlənilir.