Torontoda Kanadada polis idarələrinin ləğv edilməsi məqsədi ilə mitinq keçirilib

...Kanadada irqçiliyə görə polis idarələrinin buraxılması üçün təşkil olunan mitinqdə mindən çox insan iştirak edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Iyun 2020, 15:24

Kanadada irqçiliyə görə polis idarələrinin buraxılması  üçün təşkil olunan mitinqdə mindən çox insan iştirak edib.

 

 

İnterAzTASS-a istinadla xəbər verir ki, bu barədə "CBC" məlumat yayıb.

 

Etirazçılar "Natan Filips" Meydanına toplaşıb. Onlar polisləri irqçilikdə, qaradərili insanlar və yerli əhaliyə qarşı ayrıseçkilikdə ittiham edib.

 

Toplananların bəziləri polisin maliyyələşdirilməsinin azaldılmasını, bəziləri isə polis idarələrinin tamamilə bağlanmasını tələb edib.

 

İyunun 25-də Toronto meri Con Tori bildirib ki, Kanadanın ən böyük meqapolisində polis sistemində islahatlar gözlənilir.