Putin seçki məntəqəsinə gedərək konstitusiya dəyişikliyinə dair səs verəcək

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişiklik edilməsi məsələsində onlayn səsvermədən istifadə etməyəcək və seçki məntəqəsinə gedəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 15:50

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişiklik edilməsi məsələsində onlayn səsvermədən istifadə etməyəcək və seçki məntəqəsinə gedəcək.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib.

 

"Prezident şəxsən özü səs verəcək. Nə vaxt və necə - sizə məlumat verəcəyik", - Peskov  jurnalistlərin müvafiq sualına cavab verib.

 

Putinin maska ​​və əlcək istifadə edib-etməyəcəyinə dair suala cavabında Peskov bildirib ki, o özünün və başqalarının sağlamlığı üçün təhlükə yaratmayacaq.