İran başda Tramp olmaqla Süleymaninin qətlində əli olan 36 nəfərin kimliyinin müəyyənləşdiyini bildirib

...Bu siyahıya ABŞ-ın və digər ölkələrin bir sıra siyasi və hərbi şəxsləri daxildir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Iyun 2020, 16:00

İran Sepah generalı Qasim Süleymaninin terror edilməsində əli olan 36 nəfərin kimliyini müəyyənləşdirdiyini və onların beynəlxalq müstəvidə təqib ediləcəyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Tehranın prokuroru Əli Əlqasi Mehr məlumat verib.

 

Ə.Ə.Mehr bu gün hüquq mühafizə qurumlarının toplantısında çıxışı zamanı mərhum Qasim Süleymaninin işi ilə bağlı bir sıra irəliləyişlərin olduğundan söz açıb.

 

O billdirib ki, Qasim Süleymaninin terror edilməsində birbaşa əmr verənlər və terroru həyata keçirənlərdən 36 nəfərinin kimliyi bəlli edilib.

 

Əlavə edilib ki, bu siyahıya ABŞ-ın və digər ölkələrin bir sıra siyasi və hərbi şəxsləri daxildir.

 

Qeyd edilib ki, bu şəxslərin təqib və saxlanılması ilə bağlı interpola da məlumat verilib.