"Black Lives Matter" lideri polis idarələrinin maliyyəsini dayandırmağa çağırır

... Fəal hesab edir ki, afroamerika cəmiyyətinin problemlərini həll etmək istəyərkən Amerika siyasəti çox zəif vəziyyətə düşür

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Iyun 2020, 16:15

"Black Lives Matter"in Nyu York bölməsinin rəhbəri Xouk Nyusom ABŞ polisini maliyyədən məhrum etməyi təklif edib.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, onun sözlərinə görə, cinayətkarlığa qarşı mübarizənin başqa yolunu tapmaq lazımdır.

 

Fəal hesab edir ki, afroamerika cəmiyyətinin problemlərini həll etmək istəyərkən Amerika siyasəti çox zəif vəziyyətə düşür.

 

"Qaradərililər siyasətçilərə etibar etmir. Demokratlara etibar etmir. Respublikaçılara etibar etmir", o deyib.