Ermənistanda koronavirusa yolunxaların sayı 25 mini ötüb

Ermənistanda son sutkada 482 nəfərdə koronavirus aşkarlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 16:22

Ermənistanda son sutkada 482 nəfərdə koronavirus aşkarlanıb.

 

İnterAz xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 25 127-yə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 433-ə çatıb. İndiyədək 13 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 11 254 aktiv koronavirus xəstəsi var.