"Rolling Stones" mitinqlərdə mahnılardan istifadə etdiyi üçün Trampı məhkəməylə hədələyib

"Rolling Stones", ABŞ prezidenti Donald Trampı qrupun mahnılarını seçkiqabağı kampaniya mitinqlərində istifadə etməyə davam edəcəyi təqdirdə məhkəməyə verməklə hədələyib....

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 17:09

"Rolling Stones", ABŞ prezidenti Donald Trampı qrupun mahnılarını seçkiqabağı kampaniya mitinqlərində istifadə etməyə davam edəcəyi təqdirdə məhkəməyə verməklə hədələyib. Bu barədə "BBC" məlumat yayıb.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, qrupun vəkilləri bildirib ki, Tramp mitinqlərdə iki dəfə "You Can`t Always Get What You Want" mahnısından istifadə edib. İlk dəfə 2016-cı ildə, ikinci dəfə 2020-ci ildə Oklahoma ştatının Tulsa şəhərində.

 

2016-cı ildə qrup Trampı dəstəkləmədiklərini açıqlayıb.

 

Açıqlamada bildirilir ki, vəkillər "Broadcast Music, Inc" ifaçıların hüquqlarının qorunması təşkilatı ilə birlikdə mahnıların qanunsuz istifadəsini dayandırmağa çalışır.