Makron Fransa konstitusiyasının dəyişdirilməsi ideyasını dəstəkləyib

Fransa prezidenti Emmanuel Makron, ətraf mühitin qorunmasına dair yeni öhdəlikləri ölkə konstitusiyasına daxil edilməsi fikrini dəstəkləyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 17:26

Fransa prezidenti Emmanuel Makron, ətraf mühitin qorunmasına dair  yeni öhdəlikləri ölkə konstitusiyasına daxil edilməsi fikrini dəstəkləyib.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, Makron bunu İqlim üzrə Mülki Konvensiyanın iştirakçıları qarşısında çıxış edərkən açıqlayıb.

 

"Mən bioloji müxtəliflik və iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı öhdəliklərin konstitusiyanın birinci maddəsinə daxil edilməsi təklifləri ilə razıyam", Fransa prezidenti bildirib.

 

Onun fikrincə məsələ hər iki parlament tərəfindən baxıldıqdan sonra referenduma çıxarılmalıdır.

 

Növbəti referendum 2021-ci ildə keçiriləcək.

 

"Fransa ekologiya məsələlərinə daha geniş yer ayırmalıdır", o deyib.