Netanyahu ərazilərin ilhaqı ilə yanaşı fələstinliləri «danışıqlar»a çağırıb

Amerikanın sülh planı iki dövlətin təsisi prinsipi xülyasına son qoyub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 17:41

 İsrail baş naziri fələstinliləri “danışıqlara” çağırıb: “İlhaq addımı sülhə zərər verməyəcək və Trampın planı iki dövlətin təsisi prinsipi xülyasına son qoyacaq.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, baş nazir Benyamin Netanyahu bunu İsrail xristianları icmasına ünvanladığı məktubda deyib.

 

O fələstinlilərə bildirib ki, “İordan çayının qərbindəki ərazilərin İsrailə ilhaqı sülhə zərər vurmayacaq və bunda görə onlar danışıqlara başlamalı və müzakirə üçün tarixi fürsətləri əldən verməməlidirlər.”

 

Fələstinliləri Trampın planına boyun qoymağa çağıran Benyamin Netanyahu deyib:

 

“Fələstinlilərə məsləhət görürəm ki, İsraili dağıtmaq üçün daha bir əsri bada verməsinlər və Trampın planını qəbul edib, xoş niyyətlə danışıqlar masasına otursunlar.”

 

O əlavə edib:

 

“Amerikanın sülh planı iki dövlətin təsisi prinsipi xülyasına son qoyub. ABŞ planı bölgədə iki dövlətin problemi məsələsi üçün gerçək həlli yolunu təqdim edir ki, orada təhlükəsizliyin tam məsuliyyəti təkcə İsrailin öhdəsinədir.”

 

Qeyd edək ki, ABŞ planına əsasən İordan çayının qərb sahilində işğal edilən ərazilərin 30 faizi İsrailinki kimi tanınır, habelə Fələstin Qüdssüz və silahsız bir dövlət kimi məqbul elan edilir.