Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıdıb

ABŞ-ın Arizona ştatında ləğv edilən karantin məhdudiyyətləri koronavirus pandemiyası ilə mübarizə üçün yenidən geri qaytarılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 09:00

ABŞ-ın Arizona ştatında ləğv edilən karantin məhdudiyyətləri koronavirus pandemiyası ilə mübarizə üçün yenidən geri qaytarılıb.

 

İnterAz xəbər verir ki, bu barədə ştatın qubernatoru Daq Dyusi özünün Twitter səhifəsində yazıb.

 

O, qeyd edib ki, bu gündən barların, idman zalların və kinoteatrların fəaliyyəti dayandırılır. Koronavirusun yayılma riskini azaltmaq məqsədi 50-dən çox insanın ictimai yerlərdə toplaşması qadağan edilir.

 

Qeyd edək ki, Arizona ştatında pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırlıdıqdan sonra infeksiyaya yoluxanların sayında kəskin artım müşahidə edilib.

 

Belə ki, 15 iyunda koronavirusa yoluxanların sayı min nəfər olduğu halda, son 4 gün ərzində bu rəqəm 3 min olub.