AB Şurası Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

..."Bu gün Şura, 11 yüksək səviyyəli venesuelalı məmurunu məhdudlaşdırıcı tədbirlər tətbiq edilən şəxslər siyahısına əlavə edib", sənəddə deyilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 09:25

Avropa Birliyi Şurası, "Venesuelada demokratiya və qanun aliliyinə xələl gətirən hərəkətlər və qərarlardakı roluna görə" məhdudlaşdırıcı tədbirlərə məruz qalan Venesuela rəsmilərinin siyahısını genişləndirib və daha 11 şəxsi bu siyahıya əlavə edib.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə AB Şurasının yaydığı bəyanatda deyilir.

 

"Bu gün Şura, 11 yüksək səviyyəli venesuelalı məmurunu məhdudlaşdırıcı tədbirlər tətbiq edilən şəxslər siyahısına əlavə edib", sənəddə deyilir.