Mahatir Məhəmməd: İsraillə əlaqələri normallaşdırmayacağıq

Malayziyanın sabiq baş naziri və bu posta hazırki namizəd bildirib ki, ölkəsi İsraillə əlaqələri normallaşdırmağı rədd edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 09:34

“Biz İsraillə əlaqələri normallaşdırmayacağıq. Bu dövlət işğal edilən Fələstin əraziləri üzərində qurulub.”

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Malayziyanın sabiq baş naziri Mahatir Məhəmməd əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib.

 

Malayziyanın sabiq baş naziri və bu posta hazırki namizəd bildirib ki, ölkəsi İsraillə əlaqələri normallaşdırmağı rədd edir.

 

Qüdsün İsrailin paytaxtı elan edilməsini qeyri-qanuni addım hesab edən tanınmış siyasətçi bu kimi birtərəfli addımlara görə mübarizənin davam etdirilməsinin zəruri olduğunu bildirib.

 

“Fələstin məsələsi danışıqlar yolu ilə həllini tapmalıdır. Amma İsrailin etdiyi beynəlxalq qanunları açıq-aşkar pozmaq deməkdir. Gərək BMT-nin bütün üzvləri İsrailin bu addımlarını beynəlxalq məhkəmələrdə qaldırsınlar. Onda bilinər kim haqdır, kim xətalı”, deyə tanınmış siyasətçi bildirib ki, ölkəsi buna görə İsraillə əlaqələri normallaşdırmayacaq.

 

M. Məhəmməd Fələstin mübarizə hərəkatının mərhum lideri Yasir Ərəfatla söhbətini belə xatırladıb:

 

“Mən Yasir Ərəfata bildirdim ki, mübarizə qısamüddətli olmayacaq və uzun çəkəcək. Dedim ki, sizə bu mübarizəni davam etdirmək lazımdır. Təkcə hərbi deyil, onu küçələrdə aparmaq lazımdır. Bu maddi yolla da ola bilər diplomatik yolla da.”

 

O ölkəsinin İsraillə bağlı bundan sonrakı mövqeyini belə açıqlayıb:

 

“Malayziya əlaqələrin normallaşdırılması istiqamətində hərəkət etməyəcək. Əvvəldən biz İsraili tanımadıq. Elə indi də bizlə onların arasında diplomatik əlaqələr yoxdur. Biz uzaqdan bu işi görürük, amma təəssüflər olsun ki oradakı bəzi dövlətlər fərqli siyasət yürüdürlər.”