Peskov Rusiya və Talibanla bağlı iddanı ağlasığmaz adlandırıb

Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə radikal Taliban hərəkatının silahlılarına mükafat təklif etməsinə dair iddialar gülüncdür...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 10:24

Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə radikal Taliban hərəkatının silahlılarına mükafat təklif etməsinə dair iddialar gülüncdür.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov NBC-yə müsahibəsində bildirib.

 

O bildirib ki, "bu cür məlumatlar yaymaq sadəcə gülüncdür".

 

"Bilirsiniz bəlkə də bir az kobud olacam, amma bu 100% cəfəngiyyatdır. Bu diplomatik deyil, amma bu cəfəngiyyatdır", o deyib.

 

Qeyd edək ki, ABŞ kəşfiyyatçıları belə bir qənaətə gəlib ki, Rusiya hərbi kəşfiyyatı gizli şəkildə Taliban yaraqlılarına ABŞ və NATO hərbçilərini öldürmək üçün mükafat təklif edib.

 

"The New York Times" qəzetinin məlumatına görə, mükafatla bağlı işlərlə Avropadakı əməliyyatlara görə cavabdeh olan Rusiya kəşfiyyat bölməsi məşğul olub.

 

Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanda ABŞ hərbçilərinin öldürülməsində Rusiyanın əli olduğuna dair "New York Times" qəzetində çıxan məlumatları saxta adlandırıb.

 

Daha sonra Tramp Twitter-də yazıb ki, ABŞ kəşfiyyatı, Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə əfqan yaraqlılarına mükafat təklif etmək cəhdləri ilə bağlı məlumatların əsassız olduğunu etiraf edib.

 

ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ABŞ lideri Donald Trampı  Rusiyaya qarşı hər iddianı qulaqardına vurmaqda ittiham edib.