Səudiyyə Ərəbistanında son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Səudiyyə Ərəbistanında son sutka ərzində rekord sayda koronavirusa yooluxma halı qeydə alınıb, yoluxanların sayı dörd minə yaxınlaşıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 11:15

Səudiyyə Ərəbistanında son sutka ərzində rekord sayda koronavirusa yooluxma halı qeydə alınıb, yoluxanların sayı dörd minə yaxınlaşıb.

 

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Tvitter-də məlumat yayıb.

 

"Son sutkada aşkar olunan koronavirusa yoluxmaların sayı 3943 olub, ümumilikdə yoluxma hadisələrin ümumi sayı 186 436-ya çatıb. Pandemiya dövründə ölənlərin sayı 1599 olub. Gün ərzində 2363 nəfər sağalıb, pandemiya dövründə sağalmış insanların ümumi sayı 128 mini ötüb", - deyə məlumatda bildirilir. 

 

Səudiyyə Ərəbistanı hələ də koronavirusa yoluxma hallarının sayına görə ərəb dünyasında ilk sıradadır.