ABŞ Suriya kürdlərinə daha 21 milyon dollar maddi yardım ayırıb

...ABŞ hökuməti son illərdə Suriyada kürd bölmələrinin nəzarətindəki ərazilərə ilə azı 300 milyon dollar pul sərf edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 13:26

ABŞ Suriya hökumətinə qarşı yeni sanksiyalara başlamaq fonunda ölkə ərazisində Fəratın şərqidə olan kürd bölmələri və onların nəzarətlərindəki yerli qurumlara 21 milyon dollar maddi yardım ayırıb.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, ABŞ Suriya hökumətinə qarşı sərt addımları ehtiva edən “Seza qanunu” sanksiyaları fonunda Fəratın şərqindəki kürd bölmələri və onların nəzarətindəki yerli icra qurumlarına dəstək əlaməti olaraq daha 21 milyon dollar yardım edib.

 

Məlumata görə yardımdan məqsəd budur ki, ABŞ-ın “Sezar qanunu” sanksiyalarına görə Suriya lirəsinin öz dəyərini itirməsi Fəratın şərqində kürd bölmələrinin nəzarətindəki ərazilərdə hiss edilməsin. Anadolu-nun mənbələri əlavə edib ki,  kürd bölmələri nəzarətindəki ərazilərdə yerli qurumlarda işçilərin maaşlarını 150 faizədək artıra biləcəklər.

 

Qeyd edək ki, ABŞ hökuməti son illərdə Suriyada kürd bölmələrinin nəzarətindəki ərazilərə ilə azı 300 milyon dollar pul sərf edib.