KİV: ABŞ Rusiya istehsalı S-400-ü Türkiyədən ala bilər

...Portalın məlumatına görə, müvafiq dəyişiklik respublikaçı senator Con Tyun tərəfindən irəli sürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 13:33

2021-ci il müdafiə büdcəsi haqqında qanun layihəsinə edilən dəyişiklik (NDAA) sayəsində ABŞ-ın, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyədən  almaq imkanı ola bilər.

 

İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Defense News" xəbər verir.

 

Portalın məlumatına görə, müvafiq dəyişiklik respublikaçı senator Con Tyun tərəfindən irəli sürülüb. Öz növbəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini tənqid edən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cin Riş, NDAA qəbul edildikdən sonra 30 gün ərzində Tramp administrasiyasının Ankaraya qarşı sanksiyalar tətbiq edə biləcək düzəliş təklif edib.

 

Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhran yaranmasına səbəb olan  S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü 2019-cu il iyul ayının ortalarında başlayıb.