“Reddit” və “Twitch” Trampı dəstəkləyən kanalları bağlayıb

“Reddit” sosial şəbəkəsi və Amazon-a məxsus “Twitch” xidməti ABŞ prezidenti Donald Trampı dəstəkləyən kanalları blok edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 13:43

“Reddit” sosial şəbəkəsi və Amazon-a məxsus “Twitch” xidməti ABŞ prezidenti Donald Trampı dəstəkləyən kanalları blok edib.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə şirkət bazar ertəsi məlumat verib.

 

“Reddit” sosial şəbəkəsi yeni platforma qaydalarını pozduğuna görə Tramp tərəfdarlarının r/The_Donald ən böyük forumunu blok edib.

 

“Reddit” istifadəçiləri məzmun siyasətimizə əməl etməlidir. Biz r/The_Donald-ı bağladıq, çünki onlar buna əməl etmirdi”, şirkət rəhbəri Stiv Haffman bildirib.