İranda son sutkada koronavirusdan 147 nəfər vəfat edib

...İndiyədək xəstəlikdən 188 758 nəfər sağalıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 14:26

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 147 nəfər vəfat edib.

 

İnterAz-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 10 817 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 457 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 227 662 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 188 758 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 049 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.