Lukaşenko Rusiyaya işgüzar səfərə yollanıb

...Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 15:32

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb.

 

Lukaşenko Rusiya lideri Vladimir Putin ilə birlikdə Rjevdə Sovet Əsgərinin xatirəsinə qoyulan abidənin açılışında iştirak edəcək.

 

İnterAz xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

 

Daha əvvəl Putin və Lukaşenkonun iyunun 30-da Rjev Memorialının açılışında iştirak edəcəkləri xəbər verilirdi.

 

Kreml, iki ölkə liderinin danışıqlar aparacağını da açıqlayıb.