BMT Rusiya və Çini COVID-19 ilə mübarizə dövründə vətəndaşların hüquqlarını məhdudlaşdırmaqda günahlandırıb

Bəzi ölkələrdə, o cümlədən Rusiya və Çində, COVID-19 koronavirus pandemiyasından vətəndaşların hüquqlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə ediblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 16:30

Bəzi ölkələrdə, o cümlədən Rusiya və Çində, COVID-19 koronavirus pandemiyasından vətəndaşların hüquqlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə ediblər.

 

İnterAz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet belə bəyanatla çıxış edib.

 

“Rusiya Federasiyası, Çin, Kosovo, Nikaraqua və digər ölkələrdə, xüsusilə yerli səviyyədə jurnalistlər, bloggerlər və vətəndaş aktivistlərinə qarşı təhdid və hədələrlə bağlı məlumatım var.