Tailandda fövqəladə vəziyyət daha bir ay uzadılıb

...Bu günədək Tailandda 3 171 nəfər koronairusa yoluxub, 58 nəfər ölüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 17:35

Tailandda koronavrus pandemiyası ilə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb.

 

İnterAz-ın məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

 

Yeni qərara əsasən, Tailandda fövqəladə vəziyyət iyulun 31-dək qüvvədə olacaq.

 

Eyni zamanda, iyulun 1-dən başlayaraq ölkədə bəzi məhdudiyyətlər də yumşaldılmağa davam edəcək.

 

Bu günədək Tailandda 3 171 nəfər koronairusa yoluxub, 58 nəfər ölüb.