Merkel niyə maska taxmadığına aydınlıq gətirib

Almaniya kansleri Angela Merkel zərurət olduğu zaman həkimlərin məsləhətlərinə qulaq asdığını və maska taxdığını deyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 17:36

Almaniya kansleri Angela Merkel zərurət olduğu zaman həkimlərin məsləhətlərinə qulaq asdığını və maska taxdığını deyib. O, mağazaya gedərkən maskadan istifadə etdiyini misal gətirib.

 

İnterAz bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

 

“Məsafə saxlayarkən maska taxmağa ehtiyac yoxdur, ancaq bunu etmək mümkün olmadıqda, məsələn, alış-verişə gedərkən maska taxmaq lazım gəlir. Bu zaman biz görüşmürük. Belə olmasaydı, siz məni maskada görərdiniz, amma mən alış-verişə gedərkən sizə məlumat vermirəm”, - deyə Mezeberq qəsrində Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra təşkil edilmiş mətbuat konfransında Merkel jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.