Si Tsinpin Honkonq Milli Təhlükəsizliyi haqqında Qanunu imzalayıb

...Qanun yekdilliklə qəbul edilib və iyunun 30-dan qüvvəyə minir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyun 2020, 17:48

Çin Xalq Respublikasının sədri Si Tzinpin, parlament tərəfindən qəbul edilən Honkonqun Milli Təhlükəsizliyinin təmin edilməsi Qanununun təsdiqlənməsi və yayımlanmasına dair sərəncam imzalayıb.

 

İnterAz bu barədə "Sinxua"ya istinadən xəbər verir.

 

Qanun yekdilliklə qəbul edilib və iyunun 30-dan qüvvəyə minir.

 

Bundan əvvəl rəsmi Pekin, Honkonqun  Qanunvericilik Şurasının bölgədəki  siyasi vəziyyəti nəzərə alaraq milli təhlükəsizlik haqqında qanun qəbul edə bilməyəcəyinə dair nəticəyə gəlmişdi.