Tehranda partlayış zamanı ölənlərin sayı 19 nəfərə çatıb

İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyul 2020, 08:50

İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 

İnterAz İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

 

Daha əvvəl hadisə zamanı 13 nəfərin öldüyü qeyd edilirdi. Səhiyyə nazirinin müavini İraca Harirçi bildirib ki, hadisə zamanı binada 25 nəfər olub.

 

Klinikanın binası partlayış zamanı ciddi zərər çəkib.