ABŞ Suriya üzrə «Astana formatını» effektiv hesab etmir

ABŞ bəzən Rusiya ilə Suriyadakı nizamlama mövzusu ilə bağlı əlaqə saxlayır, lakin "Astana formatı"nı effektiv hesab etmir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Iyul 2020, 09:31

 ABŞ bəzən Rusiya ilə Suriyadakı nizamlama mövzusu ilə bağlı əlaqə saxlayır, lakin "Astana formatı"nı effektiv hesab etmir.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bildirib.

 

"ABŞ "Astana qrupu"nu Suriya münaqişəsinin həllində faydalı vasitə hesab etmir ... Əlbəttə ki, Suriyadakı vəziyyətin müxtəlif aspektləri üzrə Türkiyə ilə çox yaxından əməkdaşlıq edirik. Eyni zamanda tez-tez Rusiya ilə münaqişənin sona çatmasının mümkün yolları barədə müzakirələr aparırıq. Amma ümumilikdə "Astana qrupu" ilə danışıqlar yoxdu və əlbəttə ki, İranla heç bir işimiz yoxdur", Cefri bildirib.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyulun 1-də Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani video-konfrans vasitəsi ilə Suriyanın nizamlanmasını müzakirə edəcəklər.